Bu il “Azneft” 4,6 mln. ton neft, 3,9 mlrd. kubmetr qaz hasil edib

Bu il “Azneft” 4,6 mln. ton neft, 3,9 mlrd. kubmetr qaz hasil edib
# 09 oktyabr 2017 15:30 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində SOCAR-ın “Azneft” İstehsalat Birliyi üzrə 4 mln. 624,8 min ton neft, 3,87 mlrd. kubmetr qaz hasil edilib.

“Azneft” İB-dan “APA-Economics”ə verilən məlumata görə, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Çoxsaylı qazma işləri həyata keçirilib, yeni-yeni neft və qaz quyuları istismara verilib. Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində, ilin ilk doqquz ayı ərzində “Azneft”-in sifarişi əsasında 55 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 91 min ton neft hasil edilib.

Ötən doqquz ayda fəaliyyətsiz quyu fondundan 55 quyu nəzərdə tutulduğu halda 81 quyu istismara qaytarılıb. Bu quyulardan 42,6 min ton neft alınıb.

İlin əvvəlindən 485 geoloji tədbir keçirilib, nəticədə 211,7 min ton neft hasil edilib ki, bu da plana qarşı 56 tədbir çox və 71,6 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 33,3 min ton plana qarşı 40,7 min ton neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR