Bakıda yanğında tüstüdən zərər çəkən bir nəfər xəstəxanaya yerləşdirilib, 4 nəfərə tibbi yardım göstərilib

Bakıda yanğında tüstüdən zərər çəkən bir nəfər xəstəxanaya yerləşdirilib, 4 nəfərə tibbi yardım göstərilib
# 31 may 2018 12:16 (UTC +04:00)

Bakı şəhəri, Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğınla bağlı hadisə yerinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının beş briqadası cəlb edilib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, isterik reaksiya ilə bağlı yerində 4 nəfərə ilkin tibbi yardım göstərilib.

S. Əhmədova qeyd edib ki, 1 nəfər tüstüdən zərər çəkib, həmin şəxs Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR