"Azərbaycan Dəmir Yolları": Qəzalı vəziyyətə düşən körpüdə əsaslı təmirə başlanıb - YENİLƏNİB

"Azərbaycan Dəmir Yolları": Qəzalı vəziyyətə düşən körpüdə əsaslı təmirə başlanıb - <span style="color: red;">YENİLƏNİB
# 07 mart 2017 09:28 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakıda uçqun baş verən dəmiryolu körpüsü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova APA-ya açıqlamasında bildirib ki, fevralın 22-də beton qarışdıran maşının sözügedən körpüyə çırpılması nəticəsində körpü qəzalı vəziyyətə düşüb: “Bu gündən körpüdə əsaslı təmir işlərinə başlanıb, bununla əlaqədar həmin ərazidə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub”.

***

saat 12.05

Bakıda dəmiryolu körpüsü uçub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Mehdi Mehdizadə küçəsində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR