Vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək
# 26 yanvar 2017 09:43 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə yanvarın 28-də vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. DİM-dən APA-ya verilən xəbərə görə, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni yanvarın 25-dən Vergilər Nazirliyinin inzibati binasından əldə edirlər. İmtahan saat 11:00-da Bakı şəhərində 9 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün 2889 namizəd qeydiyyatdan keçib. Prosesin idarə edilməsi üçün 243 nəzarətçi-müəllim, 25 imtahan rəhbəri ayrılıb. Namizədlərə imtahanda 100 test tapşırığı təqdim olunur ki, onlardan 80 sual qanunvericilik sahəsi üzrə, 10 sual informatika üzrə, 10 sual isə məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Vergilər Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır.

İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl 1 bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR