Milli-mənəvi dəyərlərin təbliği ilə bağlı konfrans keçirilib

Milli-mənəvi dəyərlərin təbliği ilə bağlı konfrans keçirilib
# 26 oktyabr 2017 16:27 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliği: dünən, bu gün, sabah” adlı konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda deputatlar, ölkədə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bundan sonra da bu istiqamətdə fəaliyyət davam etdiriləcək. Prezident İlham Əliyevin imzaladığı fərmanla təsis edilən Mənəvi Dəyərlərin Təbliği Fondu barədə də ətraflı məlumat verən Mübariz Qurbanlı Fondun dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə yaradıldığını diqqətə çatdırıb.

Deputat Rafael Hüseynov deyib ki, milli-mənəvi dəyərlər tarixən keçdiyi yolda müəyyən çətinliklərlə, qadağalarla qarşılaşsa da, xalqımız bu dəyərləri bütün dövrlərdə qoruyub saxlaya bilib.

Deputat Fazil Mustafa prezidentin Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında imzaladığı fərmanın çox ciddi və zamanında atılmış addım olduğunu söyləyib.

Digər çıxışçılar da ölkədəki dini tolerantlıq mühitindən bəhs ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR