Bakıda işıqforun qırmızı işığında keçən avtomobil qəza törədib - VİDEO

Bakıda işıqforun qırmızı işığında keçən avtomobil qəza törədib - VİDEO
# 08 mart 2019 03:21 (UTC +04:00)

Paytaxtın Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, Ehtiram Yusifov idarə etdiyi “Volskwagen Passat” markalı avtomobillə Mətbuat prospektində hərəkətdə olarkən digər yoldan gələn “Toyota Prado” markalı avtomobillə toqquşub.

Zərbənin gücündən “Volskwagen Passat” yol kənarındakı nişan dirəyinə və səkiyə dəyib. Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb.

E. Yusifov ONA-ya bildirib ki, işıqforun yaşıl işığından keçib. “Toyota”nın sürücüsü isə bunun əksini iddia edib.

Əraziyə gələn Yol Patrul Xidmətinin əməkdaşları aparılan avtotexniki ekspertizadan sonra müəyyən edib ki, günah “Toyota”nın sürücüsündə olub.

Qəza zamanı Mətbuat prospektində 30 dəqiqə tıxac yaranıb.

Qəzanın iştirakçısı olan avtomobillər evakuatorla ərazidən götürüldükdən sonra yolda hərəkət tənzimlənib.

Nurlan Əli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR