İranda terror aktının təşkilində iştirak edən İŞİD-in 8 üzvü edam edilib

İranda terror aktının təşkilində iştirak edən İŞİD-in 8 üzvü edam edilib
# 07 iyul 2018 09:38 (UTC +04:00)

İranda İŞİD-ə üzv olan 8 terrorçu edam edilib. APA-nın Tehran bürosunun məlumatına görə, İran parlamentinə, eləcə də 2017-ci ilin iyun ayında İran İslam İnqilabının lideri Ruhullah Xomeyninin məqbərəsinə hücumda təqsirli bilinən və ötən ay hökm oxunan 8 İŞİD terrorçusu Tehranda edam edilib.

Edam olunmuş şəxslər ötən ilin yayında Tehranda törətdikləri terror hücumu ilə yanaşı, silah qaçaqmalçılığı və ölkəyə qanunsuz girməkdə ittiham olunublar.

Edam olunanlarla bağlı yayımlanan məlumatda bildirilir: Cinayətdə iştirakda ittiham olunan şəxslər barəsində iş davam etdirilir.

Qeyd edək ki, ötən ilin iyun ayının 7-də İŞİD üzvləri İran parlamentinə terror hücumu həyata keçirib. Bu hücum nəticəsində bir neçə nəfər həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR