Dieqo Maradona baş məşqçi vəzifəsindən istefa verib

Dieqo Maradona baş məşqçi vəzifəsindən istefa verib
# 28 aprel 2018 09:23 (UTC +04:00)

Dünya futbolunun əfsanəsi Dieqo Maradona yenidən işsiz qalıb. Apasport.az saytının məlumatına görə, 58 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərinin “El-Fudjeyra” klubundan ayrılıb.

O, ötən ilin mayından işlədiyi I divizion komandasını yüksək dəstəyə yüksəldə bilmədiyi üçün istefa verib.

Qeyd edək ki, Maradona 2008-2010-cu illərdə Argentina millisində, 2011-2012-ci illərdə isə “Əl-Vasl” (BƏƏ) klubunda çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR