Bakıda avtobusla yük maşını toqquşub, xəsarət alan var

Bakıda avtobusla yük maşını toqquşub, xəsarət alan var
# 08 dekabr 2017 22:07 (UTC +04:00)

Bakıda yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Suraxanı rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı avtobus toqquşub. Nəticədə yük avtomobilində olan 1 nəfər xəsarət alıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR