İlhamə Quliyevanın köməkçisi məhkəmə zalından azadlığa buraxılıb

İlhamə Quliyevanın köməkçisi məhkəmə zalından azadlığa buraxılıb
# 07 fevral 2017 14:25 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Hüseynova barəsində 1 il 3 ay müddətinə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, prokuror İlhamə Quliyevanın köməkçisinə 8 illik həbs cəzası verilməsini istəmişdi.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva ötən il fevralın 25-də dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR