Paşha Bank
Bank Of Baku

STEAM Azərbaycan Festivalı keçirilir

STEAM Azərbaycan Festivalı keçirilir
# 09 dekabr 2021 11:37 (UTC +04:00)

STEAM Azərbaycan Festivalına start verilib.

APA-nın məlumatına görə, təhsil naziri Emin Əmrullayev festivalın açılışında bildirib ki, təhsil məzmunu ən az dəyişən sahədir, tədris planları bir-birindən o qədər fərqlənmir: “Şagirdlər üçün gələcəyin çağırışına uyğun tədris məzmunu yaratmağa çalışırıq. STEAM artıq müxtəlif bölgələrdən 100 mindən çox şagirdi əhatə edir. 15 bölgədə STEAM mərkəzləri açılacaq. Bunlardan artıq bir neçəsi hazırdır. Layihənin gələn ildən minlərlə şagirdi əhatə etməsini istəyirik. Bu, rəqəmsal bacarıqları, XXI əsr kompitensiyalarını özündə birləşdirən layihədir. Layihə Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində ərsəyə gəlib”.

"STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov bildirib ki, layihə 2019-2020-ci tədris ilindən həyata keçirilir: "Hazırda layihə 302 məktəbi, 1600 müəllimi əhatə edir. Layihə VI, VII, VIII siniflərdə həftədə 2 saat olmaqla il ərzində 68 saat ərzində keçirilir”.

Qeyd edək ki, Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb. Festivalın rəsmi açılışından sonra kateqoriyalar üzrə yarışlara start verilib. Dekabrın 10-da isə həvəsləndirici yarışların təşkili və qalib komandaların mükafatlandırılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR