Görkəmli aktyor Vladimir Etuş vəfat edib

Görkəmli aktyor Vladimir Etuş vəfat edib
# 09 mart 2019 15:57 (UTC +04:00)

Məşhur teatr və kino aktyoru, SSRİ və Rusiyanın xalq artisti Vladimir Etuş 97 yaşında vəfat edib.

ONA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Vaxtanqov Teatrından bildirilib.

Ölümün səbəbi hələlik məlum deyil. Etuşun xəstəxanada bu gün vəfat etdiyi bildirilir.

Görkəmli aktyorla vida mərasimi teatrda martın 11-də keçiriləcək.

V. Etuş Novodeviçye məzarlığında dəfn olunacaq.

Qeyd edək ki, aktyor səhhətində problemlər yarandığı üçün əvvəllər bir neçə dəfə xəstəxanaya düşüb. Sonuncu dəfə bu ilin yanvarında onun tamaşadan əvvəl halı pisləşmişdi. Bu səbəbdən rol aldığı "Benefis" tamaşası teatrın repertuarından çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR