®“Savalan” şərab xəttinə yeni “Elisa Winemaker Reserve” şərabı əlavə olundu

<b><span style="color: red;">® “Savalan” şərab xəttinə yeni “Elisa Winemaker Reserve” şərabı əlavə olundu</b>
# 09 mart 2018 12:00 (UTC +04:00)

ASPI AGRO MMC əsas fəaliyyət istiqaməti olaraq üzümün yetişdirilməsi və artıq 11 yaşı tamam olan yüksəkkeyfiyyətli şərabların istehsalını seçərək 2007-ci ildə təsis olunmuşdur. Şirkət nadir iqlim şəraitinə malik, qədim zamanlarda şərab sənayesinin çiçəkləndiyi yerdə - Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində şərabçılıq sənətini dirçəltmişdir.

“Savalan” şərabının adı, ilk öncə, üzümün toplandığı, istehsal olunduğu və şüşələrə süzüldüyü yuxarıda göstərilən vadisin adıdır. Savalan – diyarın ən gözəl yeri, Qəbələ rayonunun ürəyidir.

“Savalan” şərab brendi müxtəlif sərgilər və şərab forumlarında bir çox peşəkar mükafat qazanaraq yalnız Azərbaycanda deyil, həmçinin onun hüdudlarından kənarda sevilmiş, 2018-ci ilin mart ayında isə “Savalan” yeni “Elisa Winemaker Reserve” şərabını əlavə edərək öz şərab xəttini genişləndirmişdir.

Qeyd edək ki, “Savalan” şərabları yüksəkixtisaslı italyan texnoloqlar – Daniel D`Andrea və Eliza Vaqnoninin rəhbərliyi altında istehsal edilir. Aşağıda ətraflı məlumat təqdim edəcəyimiz yeni şərab məhz Eliza Vaqnoninin şərəfinə adlandırılmışdır.

Daniel D`Andrea və Eliza Vaqnoni Qəbələdə tanış olub. İtalyan texnoloqların peşəkar münasibətləri dostluğa çevrilmiş, daha sonra isə onların arasında məhəbbət yaranmışdır. Cütlük ailə həyat qurmuş, təzəlikcə onların gözəl qızı dünyaya gəlib. Azərbaycanda görüşən və bir-birini sevən italyan cütlüyün sevgi hekayəsi onların işinə, yəni, yeni şərabların istehsalına öz təsirini göstərmiş və beləliklə yeni “Elisa Winemaker Reserve” şərabı yaranmışdır.

“Şur” restoranında qonaqlara yeni şərabı təqdim edən zaman Daniel D`Andrea yüksək keyfiyyətin “Savalan” şərablarının əsas fərqləndirici xüsusiyyəti olduğunu vurğulamışdır. Eliza Vaqnoni isə “Elisa Winemaker Reserve” şərabı haqqında danışarkən onun hazırlanması zamanı ailə ənənələrindən ilham aldığını qeyd etmişdir: “Nəticədə özəl günlər üçün xüsusi şərab hazırlanmışdır”.

“Elisa Winemaker Reserve” özündə aşağıdakı şərab çeşidlərini birləşdirir: Şardone, Traminer, ağ Muskat, sarı Muskat. Üzüm bağları Azərbaycanın şimal-qərbində Qəbələ şəhərindən 40 km aralıqda Savalan vadisində yerləşir. Alkoqolun dərəcəsi 13,5% bərabərdir, vinifikasiya: fermentləşdirilib və palıd çəlləkdə saxlanılıb.

“Elisa Winemaker Reserve” – ağ və sarı meyvə notları, vanil və bal ətri ilə əhatə olunan yüngül çiçək çalarlarıdır. “Savalan” şərab xəttinin yeni məhsulu balıq və ağ ətdən xörəklərlə çox gözəl şəkildə uyğunlaşır və meditasiya üçün mükəmməl şərabdır.

“Elisa Winemaker Reserve”-i şərabının mükəmməl dadı, yüngüllüyü və nəcibliyini ilk layiqincə qiymətləndirən şərabın təntənəli təqdimatının qonaqları oldu.

“Savalan” şərabları barədə ətraflı məlumatı aşağıdakı keçiddə, ASPI AGRO MMC –nin rəsmi saytında əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR