Çində yeni inşa olunan bina uçub, ölən və yaralananlar var

Çində yeni inşa olunan bina uçub, ölən və yaralananlar var
# 25 oktyabr 2016 03:52 (UTC +04:00)

Bakı-APA. Çinin Heyluntsyan əyalətində yeni inşa olunan binanın qismən uçması nəticəsində azı 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çinin Mərkəzi Televiziyası xəbər verib.

Məlumata əsasən, tikinti zamanı inzibatı binanın bir hissəsi qəflətən uçub. Hadisənin səbəbi məlum deyil. İnsidentlə əlaqədar araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR