Belçikada partlayış baş verib, zərərçəkənlər var - YENİLƏNİB

Belçikada partlayış baş verib, zərərçəkənlər var - <span style="color: red;">YENİLƏNİB
# 27 noyabr 2016 22:38 (UTC +04:00)

Belçikanın Lyej şəhərində baş verən yanğın nəticəsində 2 nəfər tüstüdən zəhərlənib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı dayanacaqda naməlum avtomobil qəfildən alovlanıb , daha sonra partlayış baş verib.

İnsident yaxınlıqda təşkil olunan ənənəvi Milad bazarı zamanı baş verib. Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. İnsidentin səbəbləri araşdırılır.

***

01:04

Belçikanın Lyej şəhərində partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Milad bazarı keçirildiyi zaman baş verib.

İlkin məlumata görə, dayanacaqda avtomobil partlayıb. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub. Yaxınlıqdakı binaların sakinləri təxliyə edilir.

Zərərçəkənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR