Əbülfəs Qarayev Oğuzda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Oğuzda vətəndaşları qəbul edib
# 15 iyul 2015 10:11 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Oğuzda vətəndaşları qəbul edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəbulda Şəki, Mingəçevir, Balakən, Zaqatala, Oğuz və Qax rayonlarından olan vətəndaşlar iştirak edib.

Nazirliyin məsul işçilərinin də iştirak etdiyi qəbulda səslənən müraciətlər əsasən bölgələrdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq və ləvazimatlarla təminat, musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi, əlillərə istirahət yerlərində, sanatoriyalarda maddi güzəştlərin edilməsi və tarix-mədəniyyət qoruğunda olan abidələrin tarixinin dəqiqləşdirilməsi ilə bağlı olub. Kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-mədəniyyət abidələrinin təmir-bərpası, yerlərdə turizmin inkişaf etdirilməsi barədə məsələlər də müraciətlər arasında yer alıb. Vətəndaşlar tərəfindən bu xüsusda bir sıra təkliflər səsləndirilib.

Görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, problemlərin həlli ilə bağlı tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Ə. Qarayev regionlarda mütəmadi keçirilən bu cür görüşlərin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, sakinlərlə birbaşa ünsiyyət zamanı qaldırılan bir sıra məsələlər operativ şəkildə həllini tapır. Nazir vətəndaşların təşəbbüskarlığını, problemlərə, aktual məsələlərə diqqət yetirməsini müsbət qarşılayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR