Bakıda orta məktəbdə yanğın zamanı davranış qaydaları üzrə məşq keçiriləcək

Bakıda orta məktəbdə yanğın zamanı davranış qaydaları üzrə məşq keçiriləcək
# 21 may 2018 12:36 (UTC +04:00)

Bakıda orta məktəbdə “Yanğın zamanı davranış qaydaları üzrə bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də yanğın zamanı xilasetmə və yanğınsöndürmə bölmələri ilə məktəbin cavabdeh vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətdə iş təcrübəsinin daha da artırılması” mövzusunda məşq keçiriləcək.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir mayın 22-də Nəsimi rayonu Cavadxan küç 68 a ünvanında yerləşən 5 nömrəli tam orta məktəbdə baş tutacaq.

Məktəbin müəllim və şagird heyətinin də iştirak edəcəyi tədbirə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə və yanğınsöndürmə texnika və qüvvələri cəlb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR