Erməni ekspert: “Bu gün Ermənistanda Dağlıq Qarabağa mənfi münasibət var”

Erməni ekspert: “Bu gün Ermənistanda Dağlıq Qarabağa mənfi münasibət var”
# 16 iyun 2015 13:01 (UTC +04:00)

APA-nın “express.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın siyasi və seçki texnologiyaları üzrə eksperti Armen Badalyan deyib.

A. Badalyan bildirib ki, indi 1988-ci il deyil, bunu anlamaq lazımdır: “Çoxları cəmiyyətdə Qarabağ mənşəli prezidenti və 1 mart hadisələrini gördülər. Desələr ki, Qarabağda nəsə baş versə Yerevanda Qarabağın müdafiəsi üçün yüz minlik nümayiş toplanacaq, inanmayın. Çünki şüurlarda dəyişiklik baş verib. 88-ci ildə Qarabağ insanların şüurunda işıqlı gələcək idi. İndi - 20 il sonra həm cəmiyyət dəyişib, həm də Qarabağ məsələsinin mahiyyəti. İkinci prezidenti (Robert Koçaryan) gördük, üçüncü prezidenti (Serj Sarkisyan) gördük, onun qardaşlarını gördük - onlar qarabağlılardır. Bütün bunlar öz izini qoyur və bu, nə vaxtsa öz təsiri göstərə bilər. Bir çox hallarda mən insanlara deyirəm: əgər siz Şuşanın üzərində Azərbaycan bayrağını görsəniz, Yerevanda yüz minlik nümayişlər gözləməyin. Ola bilər daşnaklar mitinq keçirər, bir neçə yüz insan toplaşar, lakin Qarabağ qələbəsinin mənası tamamilə itirilib”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR