Azərbaycan milli komandasının keçmiş üzvü 25 yaşında vəfat edib

Azərbaycan milli komandasının keçmiş üzvü 25 yaşında vəfat edib
# 27 noyabr 2016 10:11 (UTC +04:00)

Gənc futbolçu Şəhriyar Xəlilov vəfat edib.

APA-nın “Apasport.az” saytına istinadən verdiyi məlumata görə, bu xəbəri “Kəpəz”in mətbuat xidmətinin rəisi Azad Mustafayev öz “Facebook” səhifəsində paylaşıb.

Gəncə futbolunun yetirməsi olan Ş. Xəlilov bir sıra Azərbaycan klublarının şərəfini qoruyub. 25 yaşında dünyasını dəyişən yarımmüdafiəçi “Gəncə”, “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ”, “Qəbələ”, “Sumqayıt” və “Turan”da çıxışları ilə diqqət çəkib.

Çıxış etdiyi klublarla çempionluqlar yaşamış və müxtəlif yaş qruplarında millilərin formasını geyinmiş mərhum futbolçunun ürək tutmasından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Peşəkar Futbol Liqası futbolçunun vəfatı ilə əlaqədar Azərbaycan Premyer Liqasının XII tur matçlarından öncə bir dəqiqəlik sükut elan olunacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR