Fransa XİN rəhbəri: "Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli variantının tapılmasına kömək edir"

Fransa XİN rəhbəri: "Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli variantının tapılmasına kömək edir"
# 27 may 2018 11:48 (UTC +04:00)

"Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli variantının tapılmasına kömək edir".

APA-nın xəbərinə görə, bunu bu gün Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatında bildirib.

Fransalı nazir deyib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün böyük öhdəlikləri var: "Mövcud status kvo həll variantı deyil. Biz sülh və regionda stabillik istəyirik. Ümid edirik ki, növbəti aylar ərzində bu həll variantının tapılması istiqamətində Fransa daha da aktiv olacaq. Biz bu istiqamətdə beynəlxalq müstəvidə də öz əlaqələrimizi davam etdirəcəyik".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR