ABŞ-ın Pekindəki səfirliyinin binası qarşısında partlayış olub

ABŞ-ın Pekindəki səfirliyinin binası qarşısında partlayış olub
# 26 iyul 2018 09:40 (UTC +04:00)

ABŞ-ın Çinin payatxtı Pekin şəhərindəki səfirliyinin binası qarşısında partlayış baş verib.

APA-nın “Global Times”a istinadən verdiyi xəbərə görə, naməlum şəxs əlində əldəqayırma partlayıcı qurğu ilə səfirlik binasına girməyə cəhd edib. Partlayış nəticəsində həmin şəxs xəsarət alıb. Polis daha sonra bildirib ki, partlayan fişəng olub və nəticədə 26 yaşlı şəxs əlindən yaralanıb.

Hadisə yerindən bir az kənarda özünü yandırmaq istəyən bir qadın polislər tərəfindən saxlanılıb. Həmin qadının hadisə ilə əlaqəli olub-olmadığı aydınlaşdırılır.

Məlumata görə, partlayış nəticəsində səfirliyin heç bir əməkdaşı xəsarət almayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR