Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 31 dekabr 2016 02:41 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci, 3-cü mərtəbələrində elektrik lövhəsində 15 ədəd sayğac, 15 ədəd qoruyucu açar və 4 p.m elektrik kabeli yanıb.

Elektrik kabelinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR