Rusiya XİN: "Taliban"la maraqlarımız ancaq bir nöqtədə kəsişir

Rusiya XİN: "Taliban"la maraqlarımız ancaq bir nöqtədə kəsişir
# 23 dekabr 2019 16:04 (UTC +04:00)

“Rusiya və "Taliban" hərəkatının maraqları ancaq İŞİD-lə mübarizə məsələsində kəsişir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) ikinci Asiya Departamentinin direktor müavini Dmitri Kabayev deyib.

Onun sözlərinə görə, Rusiya və “Taliban”ın məqsədləri üst-üstə düşmür.

“Rusiya heç vaxt taliblərin, "Taliban" hərəkatının müdafiəçisi kimi çıxış etməyib. Bizim məqsədlərimiz üst-üstə düşmür. “Taliban”ın başqa məqsədləri var. Maraqlarımız ancaq bir nöqtədə, öz qeyri-insani qanunlarını bütün dünyaya yaymaq istəyən İŞİD-ə qarşı mübarizədə kəsişir. "Taliban" hərəkatı öz ərazisində İŞİD-ə qarşı mübarizə aparır”, - deyə rusiyalı diplomat Rusiya-Əfqanıstan Gənclər Forumunun bağlanış mərasimində vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR