Azərbaycanla ABŞ arasında müdafiə və terrorizmlə mübarizə sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla ABŞ arasında müdafiə və terrorizmlə mübarizə sahəsində əməkdaşlıq müzakirə olunub
# 31 oktyabr 2016 14:41 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ müdafiə katibinin müavininin köməkçisi Maykl Karpenteri qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə, terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Maykl Karpenter ölkəsi tərəfindən Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyata, eləcə də bu ölkədə aparılan quruculuq işlərinə verdiyi töhfələrinin, ABŞ və digər müttəfiqlər üçün təmin etdiyi tranzit imkanlarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, Ermənistanın münaqişənin həllinə mane olduğunu, destruktiv siyasət yürüdərək müxtəlif təxribatlara əl atdığını vurğulayıb.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin gələcək perspektivləri və regional məsələlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR