Maştağada ana və azyaşlı oğlu dəm qazından boğulub

Maştağada ana və azyaşlı oğlu dəm qazından boğulub
# 26 noyabr 2019 11:17 (UTC +04:00)

Bakıda dəm qazı daha iki nəfərin həyatına son qoyub.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Əliyeva Könül Elşad qızı və onun oğlu, 2007-ci il təvəllüdlü Əliyev Kərim Nail oğlu dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR