Kaliforniyada atışma nəticəsində 8 nəfər yaralanıb

Kaliforniyada atışma nəticəsində 8 nəfər yaralanıb
# 05 noyabr 2016 18:35 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində gecə klubu yaxınlığında atışma baş verib, 8 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident “Vinil” gecə klubunda baş verib. Məlumata görə, yaralananlardan iki nəfər şübhəli şəxs qismində saxlanılıb.

Yaralananlardan dördünün qadın olduğu bildirilir.

İnsidentin təfərrüatları dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR