SOCAR Novorossiysk limanından xam neftin ixracını 29% artırıb

SOCAR Novorossiysk limanından xam neftin ixracını 29% artırıb
# 02 oktyabr 2017 15:51 (UTC +04:00)

Bu ilin sentyabr ayında SOCAR tərəfindən Novorossiysk limanından 169 min 675 ton xam neft ixrac edilib ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 0,23% çoxdur.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, avqust ayı ilə müqayisədə 33,29% azdır.

Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 1 mln. 157 min 704 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 28,91% çoxdur.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR