Tərtərdə məktəbdə yanğın olub

Tərtərdə məktəbdə yanğın olub
# 12 dekabr 2016 06:23 (UTC +04:00)

Bu gün Tərtər rayonu, Səhləbad kəndində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 500 m² olan birmərtəbəli 8 otaqdan ibarət olan məktəbin 50 m² olan otağında 35 m² sahədə əşyalar yanıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, digər otaqlar və yaxınlıqdakı uşaq bağçası yanğından mühafizə olunub. Yanğın saat 07:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR