KİV: Hilları Klinton Nyu-Yorkun meri postuna namizədliyini irəli sürə bilər

KİV: Hilları Klinton Nyu-Yorkun meri postuna namizədliyini irəli sürə bilər
# 06 yanvar 2017 22:14 (UTC +04:00)

ABŞ-da prezident seçkilərində Donald Trampa məğlub olan Hillari Klinton Nyu-Yorkun meri postuna namizədliyini irəli sürə bilər.

APA-nın xəbərinə görə, bu barədə “New York Daily News” qəzeti yazıb.

Məlumatlı mənbəyə istinad edən qəzetin yazdığına görə, şəxsi söhbət zamanı sabiq dövlət katibi Nyu-Yorkun meri postu uğrunda mübarizəyə qoşulacağını istisna etməyib.

Qeyd edək ki, Nyu-York merinin seçkiləri noyabrın 7-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR