Cəlilabadda yanğın olub

Cəlilabadda yanğın olub
# 15 iyul 2017 02:55 (UTC +04:00)

Cəlilabad rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Yusifli kəndində (rayon mərkəzindən 48 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 16 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılmış 1,8 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR