Türkiyədən gələn vətəndaşdan "beşbarmaq" aşkar edilərək götürülüb

Türkiyədən gələn vətəndaşdan "beşbarmaq" aşkar edilərək götürülüb
# 29 avqust 2017 08:23 (UTC +04:00)

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatı ilə baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşa məxsus çamadanın cibində 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR