Gələn ildən əmək haqqı artımı yeni işə qəbul olunan 5 minə yaxın müəllimə şamil ediləcək

Gələn ildən əmək haqqı artımı yeni işə qəbul olunan 5 minə yaxın müəllimə şamil ediləcək
# 24 avqust 2017 09:22 (UTC +04:00)

Ötən gün prezident İlham Əliyevin müəllimlərin əmək haqlarının artırılması məqsədilə verdiyi sərəncam 5 minə yaxın müəllimə şamil ediləcək. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov APA-ya bildirib ki, 2018-ci ilin yanvar ayından 2017-ci ildə müsabiqə vasitəsilə işə qəbul olunmuş 5 minə yaxın müəllimin əməkhaqları yeni qaydalara əsasən artırılacaq. Onun sözlərinə görə, həmin müəllimlərin əməkhaqlarında orta hesabla 30-40 faiz artım müşahidə ediləcək: “Hər il tədris ilinin sonunda Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqə təşkil edilir. Müsabiqədən keçərək müəllimlik adını qazanmış həmin namizədlərin əməkhaqqısının yeni standartlarla ödənilməsi məqsədi ilə nazirlik tərəfindən təklif irəli sürülmüşdü. Nazirliyin bu təklifi nəzərə alınaraq yeni sərəncam layihəsi hazırlanıb və dünən prezident İlham Əliyev tərəfindən imzalanıb. Nazirlik rəsmisi qeyd edib ki, bu ildən müsabiqə yolu ilə işə qəbul edilən müəllimlər əlavə diaqnostik qiymətləndirmədən keçirilməyəcək: “İşə qəbul edilən müəllimlər diaqnostik qiymətləndirmədən keçmiş müəllimlər bərabər tutulub və həmin müəllimlərin əməkhaqqısı artımla ödəniləcək. Diaqnostik qiymətləndirmədə test imtahanlarının və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin məzmunu ciddi fərqlənmədiyindən bu ildən belə qərar verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR