Azərbaycanda ilin ilk yarısında mobil telefon rabitəsindən 425 milyon manat gəlir əldə edilib

Azərbaycanda ilin ilk yarısında mobil telefon rabitəsindən 425 milyon manat gəlir əldə edilib
# 16 iyul 2015 07:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 771,8 mln. manatlıqlıq xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,7% çoxdur. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,5% təşkil edib.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 55,1%-i mobil telefon rabitəsindən yaranıb və 425,4 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR