Bakıda avtomobildən 6 min dollar oğurlayan şəxs tutulub

Bakıda avtomobildən 6 min dollar oğurlayan şəxs tutulub
# 12 mart 2018 08:33 (UTC +04:00)

Bakıda avtomobildən 6 min dollar oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 23-də Səbail rayonu ərazisində “Mercedes” markalı avtomobildən 6000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini Nurəddin Qarayev saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR