UEFA reytinqində “Qəbələ” 27, “İnter” 20 pillə irəliləyib

UEFA reytinqində “Qəbələ” 27, “İnter” 20 pillə irəliləyib
# 24 iyul 2015 09:23 (UTC +04:00)

Bakı – APA. UEFA klubların reytinq siyahlısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarının nəticələri 456 komandanın yer aldığı siyahıda müəyyən dəyişikliklərə səbəb olub.

İslandiya “Hafnarfyordur”unu mübarizədən kənarlaşdıran (2:1, 2:2) “İnter” xal hesabını 4,950-yə çatdırıb. Bununla da 20 pillə irəliləyən bakılılar 254-cü pilləyə yüksəlib.

Serbiya “Çukariçki”sindən üstün olan (0:1, 2:0) “Qəbələ” xal hesabını 3,700-ə çatdırıb. 27 pilləlik sıçrayışa nail olan “qırmızı-qaralar” 302-ci yerə qədər irəliləyib.

“İnter”lə “Qəbələ”nin uğuru digər komandalarımıza da təsir edib. Cədvəldə ən yaxşı Azərbaycan klubu olan “Qarabağ” xal hesabını 11,450-yə çatdıraraq, daha bir rəqibini arxada qoyub. Təmsilçimiz artıq qitənin 132-cisidi. “Neftçi” isə (9,125) 158-ci pillədə qalib.

2 pillə irəliləyən “Xəzər Lənkəran” (3,950) 288-cı, hərəyə 1 addım atan “Bakı” və AZAL (hər ikisi 2,700) 353-cüdü

Qeyd edək ki, siyahıya 142,814 xalı olan İspaniya “Real”ı başçılıq edir. Təmsilçilərimizin rəqiblərindən İspaniya “Atletik”i 54,814 xalla 27-ci, Şotlandiya “Seltik”i 38,660 xalla 45-ci, Kipr “Apollon”u 10,185 xalla 144-cüdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR