“ZaminBank” aktivlərini 3% artırıb

“ZaminBank” aktivlərini 3% artırıb
# 23 iyul 2015 08:44 (UTC +04:00)

Bakı - APA-Economics. "ZaminBank" 2015-ci ilin iyul ayının 1-ə aktivlərini 3,2% artıraraq 502,4 mln. manata çatdırıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə bankın kredit portfeli 7,8% artaraq 311,3 mln. manat təşkil edib.

Cari ilin I yarısında bankın depozit portfeli 2,7% azalaraq 85,4 mln. manata çatıb.

Hesabat dövründə əhali tərəfindən banka 81 mln. manat həcmində əmanət yerləşdirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10% azdır.

İyulun 1-ə "ZaminBank"ın məcmu kapitalının həcmi 7,4% artaraq 62,3 mln. manat, nizamnamə kapitalı isə 10,6% artaraq 52,2 mln. manat olub.

Bank 2015-ci ilin I yarısını 904 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR