Bakıda sərnişinin ölümünə səbəb olan sürücüyə 6 illik həbs cəzası verilib

Bakıda sərnişinin ölümünə səbəb olan sürücüyə 6 illik həbs cəzası verilib
# 29 dekabr 2016 10:29 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nazim Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N. Camalov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il avqustun 2-də saat 16 radələrində Yasamal rayonunun Tbilisi prospektində Oğuz rayon sakini Nazim Camalov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə onun sərnişinlərindən Salyan rayon sakini Asimə Kazımova hadisə yerində ölüb, digər sərnişininə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR