Ekvadorda keçirilən prezident seçkilərində Lenin Moreno qalib gəlib

Ekvadorda keçirilən prezident seçkilərində Lenin Moreno qalib gəlib
# 03 aprel 2017 04:35 (UTC +04:00)

Ekvadorda keçirilən ikinci tur prezident seçkilərində solçu “Alyans PAİS” partiyasının namizədi Lenin Moreno qalib gəlib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bülletenlərin 94 faizinin hesablanmasından sonra hakim partiyanın nümayəndəsi 51,07% səs toplayıb.

Onun rəqibi, sağ qüvvələrin vahid namizədi Qilyermo Lassoya seçicilərin 48,93%-i səs verib. Son məlumata əsasən, Q.Lasso səslərin yenidən sayılmasını tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR