Vaqif Sadıqov: “Təsdiq olundu ki, Premyer Liqada komanda sayı növbəti mövsüm artmalıdır”

Vaqif Sadıqov: “Təsdiq olundu ki, Premyer Liqada komanda sayı növbəti mövsüm artmalıdır”
# 28 yanvar 2020 13:11 (UTC +04:00)

“Bugünkü iclasda Premyer Liqa və I divizion komandalarının sayının artılması da müzakirə olundu”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib.

O, assosiasiyanın növbəti Konfransı və İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. V.Sadıqov Premyer Liqa və I diviziondakı klub sayının artırılması barədə danışıb: “Prezident tərəfindən təsdiq olundu ki, komanda sayı növbəti mövsüm artmalıdır. Neçə komanda olacağını bilmirik. Amma mütləq say artmalıdır və yeni gələnlər bölgələri təmsil etsinlər. Biz də istəyirik ki, bölgələrdə futbol inkişaf etsin”.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Premyer Liqada iştirakçı sayının 10-a çatdırılacağını bildirib: “Məqsədimiz Premyer Liqada 10 komandanın iştirakıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR