Şahmatçılarımız “Aeroflot Open”dən mükafatsız qayıdır

Şahmatçılarımız “Aeroflot Open”dən mükafatsız qayıdır
# 28 fevral 2019 09:15 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskvada şahmat üzrə keçirilən “Aeroflot Open” başa çatıb. ONA-nın məlumatına görə, yarışın A turnirində mübarizə aparan Azərbaycan şahmatçıları mükafatçılar sırasına düşə bilməyiblər.
Belə ki, yığma üzvlərindən ən yaxşı nəticəni Rauf Məmmədov göstərib. 9 turdan 5 xal toplayan qrossmeysterimiz 40-cı yeri tutub. Ondan 1 xal geri qalan Eltac Səfərli isə 75-ci olub.
Turnirin qalib adını 7 xala malik Kaydo Kulaots (Estoniya) qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR