Rusiyanın İrkutsk vilayətində torpaq qatının çökməsi nəticəsində 3 fəhlə ölüb, ikisi yaralanıb

Rusiyanın İrkutsk vilayətində torpaq qatının çökməsi nəticəsində 3 fəhlə ölüb, ikisi yaralanıb
# 20 dekabr 2019 22:02 (UTC +04:00)

Rusiyanın İrkutsk vilayətinin Tulun şəhərində torpaq qatının çökməsi nəticəsində 3 nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, bölgənin fövqəladə hallar xidmətinin nümayəndəsi “RİA Novosti”yə bildirib.

“Xəndək qazıntısı işləri aparılan zaman torpaq qatının çökməsi baş verib. İlkin məlumatlara görə, beş işçidən üçü ölüb, daha ikisi yaralanıb”, - deyə məlumatda qeyd olunur.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR