Heyvanların məskunlaşdığı yerlərin özbaşına yandırılması məsuliyyət yaradacaq

Heyvanların məskunlaşdığı yerlərin özbaşına yandırılması məsuliyyət yaradacaq
# 28 noyabr 2017 09:46 (UTC +04:00)

Azərbaycanda heyvanların məskunlaşdığı yerlərin özbaşına yandırılması məsuliyyət yaradacaq.

APA-nın məlumatına görə, “Heyvanlar aləmi haqqında” qanunun 53-cü (Heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət) maddəsinə bununla bağlı təklif olunan əlavələr Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Layihəyə əsasən qurumuş bitkiləri və ya onların qalıqlarını heyvanlar aləmi obyektlərinin məskunlaşdığı yerlərdə özbaşına yandırmaq məsuliyyət yaradır.


Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR