Yardımlıda 3 hektar sahədə meşə zolağı yanıb

Yardımlıda 3 hektar sahədə meşə zolağı yanıb
# 08 avqust 2015 04:24 (UTC +04:00)

Bakı-APA. Yardımlıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yardımlı rayonu, Gendərə kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus ərazidə 3 ha sahədə meşə zolagı yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR