Bakı və Salyan sakinlərindən tapança götürülüb

Bakı və Salyan sakinlərindən tapança götürülüb
# 03 fevral 2020 12:46 (UTC +04:00)

Bakı və Salyan sakinlərindən tapança götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Z.Kərimovdan nömrəsi silinmiş “Makarov” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini H.Yunusovdan “Baykal MP 654 K” markalı pnevmatik tapança aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR