"Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinə yeni üzv təyin olunub

"Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinə yeni üzv təyin olunub
# 07 fevral 2017 09:48 (UTC +04:00)

"Bank VTB (Azərbaycan)" ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə risklər və monitorinq departamentinin direktoru Vadim Klimenko təyin edilib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu vəzifədə V. Klimenko risklərin idarə olunması və problemli kreditlərə cavabdeh olacaq.

V. Klimenko fərqlənmə diplomu ilə Beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə Dövlət İqtisad Universitetini, eləcə də Biznesin İdarəedilməsi ixtisası üzrə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Hazırda iqtisadiyyat və maliyyə istiqamətində “Executive MBA” üzrə "University of Chicago"da təhsilini davam etdirir.

2005-ci ildən Azərbaycanın iri banklarından birində maliyyə və risklərin idarəedilməsi departamentlərində rəhbər vəzifələrdə çalışıb. 2016-cı ildən isə "Bank VTB (Azərbaycan)"ın risklər və monitorinq departamentinə rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR