Ağstafada silahlı insident olub

Ağstafada silahlı insident olub
# 03 avqust 2015 10:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ağstafada silahlı insident olub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qazax rayon sakini Şadət Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək iyulun 31-də rayonun “Ceyrançöl” adlanan ərazisində Dağkəsəmən kənd sakini İmran Qafarovun münaqişə zəminində onu döyməsini və ov tüfəngindən onun istiqamətində havaya atəş açmasını bildirib.

Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qafarov tutulub və ondan “TOZ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR