Azərbaycan-Pakistan Birgə Komissiyasının tərkibi dəyişib

Azərbaycan-Pakistan Birgə Komissiyasının tərkibi dəyişib
# 10 dekabr 2019 16:40 (UTC +04:00)

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibindən çıxarılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Dövlət Turizm Agentliyinin sədri Komissiyanın üzvləri sırasına əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR