Bu gün Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası keçirilib.
APA-nın məlumatına görə, İnformşuranın iclasının gündəliyinə qurumun 2016-cı ildə fəaliyyəti, müştərək layihələrin reallaşdırılması, informasiya mübadiləsinin genişləndirilməsi kimi məsələlər daxil edilib.
İclası açan TASS-ın baş direktoru, İnformşuranın sədri Sergey Mixaylov qurumun ötən dövr ərzində fəaliyyəti barədə məlumat verib.
AzərTAC-ın baş direktoru Aslan Aslanov isə deyib ki, İnformşura xalqlar arasında dostluq əlaqələrinin inkişafında, humanitar əlaqələrin gücləndirilməsində, turizm imkanlarının tanınmasında mühüm rol oynayır: "Bizim üçün çox əlamətdar ki, İnformşuranın iclası Dünya Xəbər Agentliklərinin V Konqresinin Bakıda keçirilən iclası ilə eyni vaxta düşüb. TASS agentliyinə qurumun fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür edirəm".
Öz növbəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin regional nümayəndə heyətinin direktor müavini Qotye Lefevr Beynəlxalq Qızıl Xaç Komitəsinin MDB məkanında fəaliyyəti barədə danışıb. O, Beynəlxalq Qızıl Xaç Komitəsinin arxivində münaqişə zonalarında çəkilmiş unikal fotoşəkillər olduğunu qeyd edib: "Bu fotoşəkillər tək zorakılığı yox, münaqişə qurbanlarına humanitar dəstəyi də əks etdirir".
Sonra iclas mətbuata qapalı davam edib.
Bakıda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçirilir
16 noyabr 2016 11:12 (UTC +04:00)
Media
Rusiyanın 4 KİV-nin Aİ ərazisində yayım fəaliyyəti qadağan edilib
16:35
17 may 2024
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib
08:24
17 may 2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
12:35
13 may 2024
MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib
12:27
13 may 2024