Suriyada Rusiya hərbi təyyarəsi qəzaya uğrayıb

Suriyada Rusiya hərbi təyyarəsi qəzaya uğrayıb
# 10 oktyabr 2017 09:53 (UTC +04:00)

Suriyada Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Su-24 bombardmançı təyyarəsi qəzaya uğrayıb.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə təyyarə Hmeymim aviabazasından havaya qalxarkən baş verib. Təyyarə uçuş-enmə zolağından kənara çıxaraq parçalanıb. Pilotlar katapult etməyə imkan tapmayıblar. Hər iki pilot ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR