2020-ci ilədək Azərbaycanda su itkiləri 8,7% azaldılacaq

2020-ci ilədək Azərbaycanda su itkiləri 8,7% azaldılacaq
# 06 mart 2018 12:39 (UTC +04:00)

"Bütün kommunal xidmət növlərində olduğu kimi, su və qaz təchizatı sahəsində də itkilərin azaldılması və minimum səviyyəyə çatdırılması kommunal xidmətlər sektorunda həyata keçirilən siyasətin prioritet istiqamətlərindən aiddir".

"APA-Economics"in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabatda qeyd olunub ki, buna uyğun olaraq, Azərbaycan prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə kommunal xidmətlər üzrə əsas icra göstəriciləri müəyyən olunub.

Sənəddə bildirilib ki, “Azərsu” ASC tərəfindən su itkilərinin azaldılması istiqamətində mütəmadi tədbirlər görülür: "Görülmüş tədbirlər nəticəsində su itkiləri 2016-cı ildə 2015-ci ilə nisbətən 2,8%, 2017-ci ildə isə 2016-cı ilə nisbətən 1,1% azalıb. 2020-ci ilədək su itkilərin daha 8,7% azaldılması hədəf kimi qarşıya qoyulub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR